Ərzaqlar:

1 kq çəkilmiş qoyun ya da mal əti

3 ədəd baş soğan

4 ədəd badımcan

5 ədəd pomidor

3 ədəd şirin bibər

1 x.q pomidor məti(tomat)

1 balaca dəstə cəfəri

1 st su

5-6 x.q zeytun yağı

Duz

Istiot

Hazırlanması:

Pomidor məti, su və yağı bir qabda qarışdırırıq.

Bütün tərəvəzləri yuyuruq.Badımcanı ara–ara soyub halqa doğrayırıq. Pomidoru da halqa doğrayırıq. Şirin bibəri uzunsov doğrayırıq.

Soğanı maşından keçirib ətə qatırıq. Ətin üstünə duz və istiot tökürük. Cəfərini xırda doğrayıb ətin üstünə əlavə edib yaxşı qarışdırırıq. Ətdən balaça kotletlər düzəldirik.

Qaba badımcan ət pomidor ət badımcan ardıcıllığı ilə yığırıq. Yığıb qurtardıqdan sonra üstünə bibər düzürük və pomidor məti ilə olan sulu yağlı qarışığı tökürük az duz və istiot səpidik.

Qabın ağzını falqa kağızı ilə bağlayıb 200-220 dəqəcədə qızdırılmış sobada bişiririk. 45 Dəqiqə bişdikdən sonra ağzını açırıq üzü qızarır.

Bişdikdən sonra süfrəyə isti-isti verə bilərsiniz.

Nuş olsun!

Comments

comments