Ərzaqlar:

4 ədəd börək yuxası

300 q qiymə

1 st zeytu yağı

1 st süd

1 yumurta

1 ç.q çörəkotu

1 ç.q küncüt

1 dəstə cəfəri

Hazırlanması:

300 q çəkilmiş ət 1 ədəd baş soğan ət maşınından keçirib yağda qovururuq. Duz və istiotunu da əlavə edirik. Soyuduqdan sonra cəfərini təmizləyib yuyub xırda doğrayıb qarışdırırıq.

Süd ilə yağı qarışdırıb yuxanın birini sərib üstünə çəkirik.

Yuxanı hər tərəfdən şəkildəki kimi qatlayırıq. Elə qatlayırıq qatlanmış yuxa kvadrat olsun.

Yuxanı dörd yerə bölüb içlik qoyuruq.

Şəkildəki kimi bükürük.

Börəkləri kağız sərib ağzı aşağı qaba yığırıq. Üzünə yumurta çəkib çörək otu və küncüt səpirik.

200-210 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments