Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
4 st düyü
500 q toyuq əti
300 q təmizlənmiş şabalıd
7-8 alça turşusu
2/3 st kişmiş
1/3 st albalı turşusu
4 x.q əridilmiş kərə yağı
Zəfəran ya da sarıkök
Duz
Istiot
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Toyuq ətini təmizləyib yuyub duzlu suda yarım hazır olanadək bişiririk.
Sonra əti sudan çıxarıb qızdırılmış tavada yağda hər tərəfini qızardırıq. Üstünə istiot səpirik.
Kişmişi, albalı turşusunu və sarı alçanı yuyub yağda ayrı ayrı qovururuq.
Qabığı təmizlənmiş şabalıdı yağda duz səpib qovururuq.
Adi qaydada suda düyünü bişirib süzürük.Süzülmüş düyünün üstünə zəfəran ya da sarıkök tökürük.
Qazanı istidib az yağ əridib düyüdən töküb yumurta ilə qatığı da çalıb tökürük.Qalınlığı 1 sm olan qazmaq düzəldirik.
Qalan düyünü qazmağın üstünə töküb dəm almağa qoyuruq.
Aş 1 saata dəm alacaq.
Aşı süfrəyə verdikdə düyünü qaba çəkib təpəcik şəklində yığıb üstünə qazmaq qoyuruq. Qızartdığımız toyuq əti, şabalıd, kişmiş,albalı turşusu, sarı alça turşusu düzüb qaynar əridilmiş yağ töküb süfrəyə veririk.
Nuş olsun!