
Ərzaqlar:

1 ədəd qırmızı çuğundur
2 ədəd kök
2 ədəd kartof
1/2 st qoz ləpəsi
1/2 st kişmiş
7-8 ədəd balaca qaysı
3-4 x.q mayonez
Duz
Hazırlanması:
Kartof, kök və çuğunduru suda bişirib soyuduqdan sonra qabığını soyub sürtgəcdən keçiririk.

Kişmiş ilə qaysını yuyub qaynar suda 5-10 dəqiqə saxlayırıq. Qaysını xırda kub şəkildə doğrayırıq.


Əvvəlcə qaba 1-ci lay kartofu töküb yayıb duzlayıb mayonezləyirik.

2-ci lay kökü töküb yayıb duzlayıb mayonezləyirik.

3-cü laya kişmişi, qaysını və qozu xırda doğrayıb tökürük.

4-cü lay çuğunduru yayıb duzlayıb mayonezləyirik. Zövqə görə salatın üstünü qoz qırıntıları ilə bəzəyirik.

Nuş olsun!






























