
Ərzaqlar:

1 kq toyuğun döş əti
1 ədəd qırmızı baş soğan
1-2 ədəd sarımsaq
1 x.q pomidor məti(tomat)
1/2 st süd
1/3 st zeytun yağı
Duz
Istiot
Hazırlanması:
Toyuğun döş ətini yuduqdan sonra xırda tikələrə bölürük.

Soğan ilə sarımsağın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Süd, yağ və pomidor mətini qarışdırırıq.

Bütün ərzaqları qarışdırırıq.

Qarışığı ən azı 2 saat saxladıqdan sonra bişirmək olar. Yaxşı olar ki axşamdan hazırlayıb qoyasınız səhəri bişirəsiniz.
Əti çubuqlara keçiririk.

180-200 dərəcədə qızdırılmış sobada tamam qızaranadək bişiririk. Arada alt hissəsini üstə çeviririk ki, hər tərəfi yaxşı bişsin.

Nuş olsun!






























