Hazırlanması:
2 ədəd orta boy kartof
2 ədəd orta boy yerkökü
2 ədəd yumurta
1 toyuğun döş əti
200q qoz ləpəsi
Mayones
Duz, istiot zövqə görə
İlk əvvəl kartof tyorkadan keçirilərək boşqaba səpilir.
Sonra kartofun üzərinə moyanez vurulur və duz səpilir.
Sonra üzərinə qoz səpilir.
Sonra isə yerkökü tyorkadan keçirilərək üzərinə səpilir.
Salatın üzərinə moyanez vurulur və duz səpilir.
Sonra toyuğun didilmiş döş əti səpilir.
Üzərinə isə yumurta tyorkadan keçirilərək səpilir.
Sonra isə moyanez vurulur və üzərinə duz səpilir.
Bütün bunlar ikinci dəfə eynilə təkrarlanır. Sonda holland pendiri səpilir və üzərinə moyanez vurulur, zövqə görə bəzədilib süfrəyə verilir.
Nuş olsun!