Ərzaqlar:
1 st ağ lobya
2 x.q əridilmiş kərə yağı
1 baş soğan
1 diş sarımsaq
2 ədəd kartof
1 ədəd kök
1 ədəd pomidor
1/2 ədəd şirin bibər
1 balaca dəstə şüyüd
Duz
Istiot
4 st ət suyu + 1 st su
Hazırlanması:
Lobyanı axşamdan suda islağa qoyuruq.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Şirin bibəri yuyub təmizləyib, pomidoru isə yuyub qabığını soyub xırda doğrayırıq.
Kök ilə sarımsağı təmizləyib yuyub sürtgəcdən keçiririk.
Kartofu təmizləyib yuyub halqa doğrayırıq.
Soğanın üstünə yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Kökü və sarımsağı əlavə edib 2-3 dəqiqə qovururuq.
Bibəri və pomidoru əlavə edib 2-3 dəqiqə qovururuq.
Ət suyunu və suyu əlavə edib bişiririk.Su qaynamağa başlayanda lobyanı və kartofu tökürük.
Yeməyin kəfini yığırıq. Kartof bişdikdə yemək hazır olacaq. Yemək hazır olmağa 10-15 dəqiqə qalmış duz və istiotunu tökürük.
Şorbanı süfrəyə verdikdə şüyüdü təmizləyib yuduqdan sonra xırda doğrayıb yeməyin üstünə tökürük.
Nuş olsun!