Ərzaqlar:

500 q qara ciyər (mal ya da qoyun)

100-150 q quyruq piyi

Duz

Istiot

Hazırlanması:

Qara ciyəri və piyi yuduqdan sonra qara ciyərin üz pərdəsini bıcaqla kəsib götürürük. Hər ikisini doğrayırıq.

Üstünə su töküb yarıhazır vəziyyətdə bişiririk.

Sonra ət maşınından keçiririk.

Yenidən odun üüstündə duz və istiot əlavə edib tam bişənə qədər qovururuq.

Yeməyimiz hazırdır.

Nuş olsun!

Comments

comments