Ərzaqlar:

1 ədəd alma

100 q toyuğun döş əti

1 ədəd kök

2 ədəd yumurta

3-4 x.q mayonez

Duz

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik liflərə bölürük.
Kökü və yumurtanı suda bişirib soyuduqdan sonra təmizləyirik. Almayı yuyub qabığını soyuruq. Almanı, kökü və yumurtanı isə ağını sarısından ayırıb hər ikisini sürtgəcin böyük gözündən keçiririk.

Düz qab götürüb 1-ci toyuq ətini töküb yayırıq və mayonezləyirik.

2-ci kökü töküb az duz səpib mayonezləyirik.

3-cü almanı töküb az duz səpib mayonezləyirik.

4-cü yumurtanın sarısını töküb az duzlayıb mayonezləyirik.

5-ci yumurta ağını tökürük və yanlarına da düzəliş veririk. Az duz səpirik.

Zövqə görə bəzəyirik. 1 saat soyuducuda qaldıqdan sonra süfrəyə verə bilərsinz.

Nuş olsun!

Comments

comments