Ərzaqlar:

3 kq sümüklü qoyun əti

3 st su

3 ədəd pomidor

2 ədəd baş soğan

1 ədəd şirin bibər

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Əti yuyub təmizlədikdən sonra qazana töküb üzünə suyu töküb bişməyə qoyuruq.

Qaynamağa başlayanda kəfini yığırıq. Sonra üstünə az duz səpirik.

Soğanı, bibəri və pomidoru yuyub təmizlədikdən sonra xırda doğrayırıq.

Ət yarım saat qaynadıqdan sonra ortasına soğanı və üzərinə yağı tökürük.

10-15 dəqiqə sonra pomidor ilə bibəri də tökürük.

Duz və istiotunu da əlavə edib hazır olana qədər bişiririk. Yeməyin az suyu qalır.

Nuş olsun!

Comments

comments