Ərzaqlar:

150 q toyuğun döş əti

2 ədəd kartof

2 ədəd yumurta

1 ədəd kök

1 ədəd qırmızı çuğundur

100 q kaşar ya da holland pendiri.

Duz

Balaca dəstə soğan(ya da keşniş, şüyüd)

(Zövqə görə istəsəniz göyərti vurmaya bilərsiniz.)

Hazırlanması:

Toyuğun döş ətni duzlu suda bişiririk. Soyuduqdan sonra əlimizlə uzun hissələrə ayırırıq.

Qırmızı çuğundur, kartof, kök və yumurtanı suda bişiririk. Soyuduqdan sonra təmizləyirik. Ərzaqların hamısını sürtgəcin böyük gözündən keçiririk.

Soğanı ya da keşniş şüyüdü xırda doğrayırıq.

Duz qab götürürük.

1-ci kartofu töküb duz səpib mayonezləyirik.

2-ci Soğanı səpirik.

3-cü Kökü tökürük az duz səpib mayonezləyirik.

4-cü Çuğunduru töküb duz səpib mayonezləyirik.

5-ci Toyuq ətini töküb mayonezləyirik.

6-cı Yumurtanı töküb az duz səpib mayonezləyirik.

7- ci Pendiri üstünə və yanlarına töküb düzəliş veririk.

Zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments