Ərzaqlar:
3 orta dəstə ispanaq
1 st xırda vermişel (şəhriyyə)
1 ç.q pomidor məti (tomat)
1 ədəd baş soğan
4 x.q zeytun yağı
Duz
6 st su (2 st ət ya toyuq suyu 4 st adi su)
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğanın üstünə yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq.
İspanağı təmizləyib yuyub xırda doğrayırıq.
Soğan qovrulduqdan sonra pomidor mətini əlavə edib 2-3 dəqiqə qovurduqdan sonra doğranmış ispanağı əlavə edirik.
2-3 dəqiqə sonra ət suyunu və suyu əlavə edirik.
Suyu qaynamağa başlayanda vermeşeli əlavə edib qarışdırırıq. Yeməyin bişməyinə 5-10 dəqiqə qalmış duzunu da əlavə edirik. Vermeşel bişdikdə yemək hazır olacaq.
Nuş olsun!