Seçdiyimiz divar kağızının rəngi ruhumuza təsir edir…
Dekoratorların fikrincə, hər rəngin uyğun gəldiyi mühit və verdiyi enerji fərqlidir.[img=right]uploads/resept/201209_Ev-dekorasiyasi.jpg />
– İsti və şövqverici sarı rəng insanı daha dinamik və şən enerji verir. Uşaq otaqları üçün idealdır.
– Yaşıl rəng öz sabit təsiri ilə dinclik verir, qonaq otaqlarında üstünlük təşkil edir.
– Firuzəyi rəng əmələ gətirdiyi isti enerji ilə sakitləşdirir, mətbəxlərdə istifadə olunur .
– Solğun mavi rəng dinclik verməklə bərabər, yumşaqlıq, mülayimlik, təmizlik hissi oyadır.
– Bənövşəyi rəng insanın diqqətini toplamasına kömək etdiyi üçün, adətən iş otaqlarının əvəzolunmaz rənginə çevrilir.
– Qırmızı alovu, zərifliyi və istiliyi təmsil edir.
– Çəhrayı bahar mövsümünü və təmizliyi təmsil etdiyi üçün yataq otaqları üçün uyğundur.
– Ağ rəng sakitlik və saflıq ifadə edir, uşaq otaqlarında üstünlük təşkil edir.