Ərzaqlar:

1 ədəd toyuq

3 ədəd baş soğan

1,5 st qoz ləpəsi

3 x.q alça turşusu

Duz

İstiot

Hazırlanması:

Soğanı ət maşınından keçiririk. Təmiz parçaya soğanı töküb sıxıb, acı suyunu çıxarırıq.

Qozu qozçəkən maşından keçiririk.

Soğanla qozu qarışdırırıq.

Kütləyə duz,istiot və turşunu əlavə edib yaxşı qarışdırırıq. Burda duzu və istiotu zövqə görə tökün.

Toyuğun üstünü içini duz, istiot və turşu ilə turşulayırıq.

Hazır içliyi toyuğun içinə yığırıq.

Toyuğun ayaqlarını çəpinə bir-birinə keçirdirik. Aralı qalıb içlik axmasın deyə sap ilə qalan yerləri tikirik.

Tavaya yağ töküb, toyuğu qoyuruq.

150 dərəcədə qızdırılmış sobada tam bişənə qədər qızardırıq.

Arada çeviririk ki, hər tərəfi eyni bişsin.

Nuş olsun!

Comments

comments