Ərzaqlar:

2 ədəd hazır yuxa

1/2 st süd

1/4 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.)

1 yumurta (sarısı üzünə)

Küncüt

İç üçün:

300 q ağ pendir

Cəfəri

Hazırlanması:

Əvvəl içliyi hazırlıyırıq. Pendiri çəngəl ilə əzirik və üstünə cəfərini xırda doğrayırıq

Südü, yağı və yumurta ağını çalırıq.

Yuxanın birini sərib südlü qarışıqdan isladırıq.

İkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.

İslanmış yuxanı dörd hissəyə bölürük.

Pendiri yuxanın enli tərəfinə tökürük.

Enli tərəfdən başlayaraq yuxanı rulon kimi bükürük.

Bükülmüş rulonu bir tərəfdən başlayaraq fırlada-fırlada gül formasında bükürük.

Qaba kağız sərib börəkləri yığırıq.

Üstünə yumurta çəkib küncüt səpirik.

220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments