Ərzaqlar:

1 ədəd toyuq

1 ədəd baş soğan

1 diş sarımsaq

2 x.q. alça turşusu

Duz

İstiot

Hazırlanması:

Soğan ilə sarımsağı xırda doğrayırıq.

Toyuğu bel hissədən ikiyə bölüb yuyub təmizləyirik.

Toyuğun üstünə duz, istiot, turşu, sarımsaq və söğanı tökürük.

Hər tərəfini yaxşı qarışdırırıq. (Bir neçə saat qalanda daha dadlı olur)

Qaba yağ vurub toyuğu qoyuruq.

150-180 dərəcə qızdırılmış sobada saat yarıma bişiririk.

Nuş olsun!

Comments

comments