Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
Xəmir üçün:
1 kq un,
3 yumurta,
250 q kərə yağı,
1 st süd,
2 x.q xama,
1 ç.q quru maya,
1ç.q dolu duz
İçlik üçün:
Qiymə Bax: [url=http://resept.az/Qiymenin-hazirlanmasi-1632.html]Qiymənin hazırlanması[/url]
(Kartof püresi ya da ət ilə kartof qarışıq içlik qoya bilərsiniz)
Yağlamaq üçün:
400 q kərə yağı
Qızartmaq üçün:
Bitki yağı
Üzünə səpmək üçün:
Sumax
Hazırlanması:
Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.
Yağı əridirik.
Mayanı su ya da süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
Yumşaq xəmir yoğururuq.
Xəmir acısın deyə üstünə neylon çəkib, dəsmal qoyub, ədyalla bükürük.
2 saata xəmir acıyacaq.
Xəmiri 15 kündəyə bölürük.
Yuxa yayıb hər qatını yağlayırıq. İstəsəniz 7 bir 8 bir yağlayıb sonra kəsin ki, çox qalın olmasın.
Yuxaların hamısını yağladıqdan sonra xırda hissələrə bölürük.
Bükürük.
Hər birini 0,5 sm qalınlıqda yayırıq.
İçlik qoyuruq.
Yanlarını şəkərbura kimi bağlayırıq.
Tavaya yağ töküb hər tərəfli qızardırıq.
Hazır kökələrin üzərinə sumaq səpirik.
Nuş olsun!