Ərzaqlar:

1 kq çəkilmiş qoyun əti

1 baş böyük soğan

2 ədəd yumurta

2 dilim çörək

Duz

İstiot

İç üçün:

7 ədəd kartof

1 ədəd yumurta

1/2  st süd

50 q kərə yağı

Duz

İstiot

Şirəsi üçün:

3 x. q ketçap

1/3 st bitki yağı

1 st su

Hazırlanması:

Əti, soğanı və çörəyi ət çəkən maşından keçiririk.

Ətə duz, istiot vurub, yumurta sındırıb, yaxşı qarışdırırıq.

İçi hazırlayırıq. Kartofların qabığını soyub, yuyuruq. İki yerə bölüb, qazana yığırıq. Üstünə çıxana qədər su töküb, bişiririk. Tamam bişəndə kartof əzən ilə əzib duz, istiot töküb, qarışdırırıq. Yağını və yumurtanı əlavə edib, yaxşı qarışdırırıq. İçliyimiz hazırdı.

Şirəni düzəltmək üçün ketçapı yağda qovururuq. Sonra su toküb, az qarışdırıb, götürürük.

Hazır ətdən götürüb, əlimiz ilə şəkildəki kimi düzəldirik.

Hazırladığımız əti 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişiririk.

Sonra çıxarıb, hamısının içinə içlik qoyuruq. Hazırladığımız şirəni tavaya tökürük. Yenidən sobaya qoyuruq.

Üzü qızaranadək suyu tamam çəkiləcək. Onda yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments