Ərzaqlar:

1 ədəd toyuğun döş əti

2 ədəd qırmızı çuğundur

3 ədəd kartof

2 ədəd yerkökü

3 ədəd yumurta

2 ədəd narın dənəsi

2/3 st qoz ləpəsi

Mayonez

Duz

İstiot

Hazırlanması:

Toyuğun döş ətini suda duz töküb bişiririk. Soyuduqdan sonra əlimizlə nazik uzun didirik.

Kartof, yerkökü və yumurtanı suda bişiririk. Soyuyandan sonra qabıqlarını təmizləyib, hamısını ayrı-ayrı qablara sürtgəcin böyük gözündən keçiririk.

Qırmızı çuğunduru suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyib, sürtgəcin böyük gözündən keçiririk.

Qozu bıçaqla doğrayırıq ya da sürtgəcin böyük gözündən keçiririk.

Bir düz boşqab götürüb ortasına stəkan qoyuruq.

1-ci kartofu töküb, duzlayıb, mayonezləyirik.

2-ci çuğundurun yarısını töküb duzlayıb, qoz  səpib, mayonezləyirik.

3-cü yerkökünü töküb duzlayıb, mayonezləyirik üstünə qoz səpirik.

4-cü toyuğun döş ətini töküb, duzlayıb, mayonezləyirik qalan qozu səpirik.

5-ci yumurtanı töküb duzlayıb, mayonezləyirik.

6-cı çuğundurun qalanını töküb duzlayıb, mayonezləyirik.

7-ci nar dənələrini salatın üstünə düzürük.

Stəkanı salatın ortasından çıxardırıq. Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments