Ərzaqlar:
Xəmir üçün:
4 st un
1 ədəd yumurta
2 x.q şəkər tozu
4 x.q bitki yağı
1 ç.q quru maya
1/2 ç.q duz
1 st ilıq su ya da süd
Üstü üçün:
9 ədəd sosiska
3 ədəd pomidor
3 ədəd şirin bibər
3 x.q ketcap
3 x.q mayonez
200-250 q pendir
15-20 ədəd zeytun
Duz
Hazırlanması:
Xəmiri hazırlamaq üçün bax: [url=http://resept.az/Mayali-pizza-xemiri-2915.html]Mayalı pizza xəmiri[/url]
Üstü üçün ərzaqları hazırlayaq. Pendiri sürtgəcin böyük gözündən keçiririk.
Sosiskaları həm nazık həm də qalın doğrayırıq.
Pomidorları yuyub iki bölüb nazik doğrayırıq.
Bibərin içini təmizləyib, yuyub, nazik uzun doğrayırıq.
Zeytunları halqa-halqa doğrayırıq.
Xəmirin kündələrini götürüb az un səpib 28-30 sm diametrdə yayırıq.
İndi isə pizzaların üstünü bəzəyək.
I üsul.
Xəmirin üstünə qalın doğranmış sosiskaları yan-yana şəkildəki kimi düzürük.
Yanları içəriyə doğru bərkidirik.
Hər sosiska diliminin arasını bıçaqla kəsirik.
Sonra sosiskaları bir istiqamətdə çevirə-çevirə açıb düzəldirik.
Bu şəkili verdikdən sonra xəmiri qaba yağ çəkib qoyuruq.
Sonra içinə 1x.q ketçap və 1 x.q mayonez yayırıq.
Üstünə istədiyimiz kimi sosiska, pamidor, bibər, zeytun düzüb düz səpirik.
Üstünə pendir səpirik. I üsul hazırdır.
II üsül.
Xəmirin yanlarını 16 hissəyə bölüb bıçaqla kəsirik. Hər hissənin üstünə sosiska qoyuruq.
Yanlardan xəmiri içəri doğru bağlayıb qaba yağ çəkib qoyuruq.
Eyni qayda ilə içinə mayonez və ketçap yayırıq.
İçinə sosiskaları istədiyimiz kimi düzürük.
Pomidor, bibər, zeytun düzüb duz səpirik.
Üstünə pendiri tökürük. II üsul hazırdır.
III üsul.
Yayılmış kündəni qaba yağ çəkib qoyuruq. Xəmirin üstünə mayonez və ketçap yayırıq.
İstədiyimiz kimi üstünə sosiska, pomidor, bibər, zeytun düzürük, duz və pendir səpirik.
III üsul da artıq hazırdır.
Hazır pizzaları 220 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.
Nuş olsun!