(4 nəfərlik)

Ərzaqlar:

500 q soğanla çəkilmiş qoyun ətinin qiyməsi, 4 ədəd baş soğan, 2 böyük dəstə cəfəri, 2 x. q. alçanın şərab turşusu, 2 x. q. əridilmiş kərə yağı, 1/2(yarım) st qaynamış su, duz, istiot

Hazırlanması:

Cəfərini təmizləyib yuyub doğrayırıq.

Qiymənin içinə duz, istiot və cəfərinin 1/4 hissəsini tökürük. Yaxşı qarışdırırıq.

Ətdən balaca küftəciklər düzəldirik.

Düzəltdiyimiz küftəciklərin üstünü əlimiz ilə turşulayırıq.

Soğanı xırda doğrayıb yağ töküb duz səpib qızılı rəngdə olana qədər qovururuq.

Qovrulmuş soğana qalan cəfərini tökürük. Cəfəri yaxşı qovrulanda duzunu istiotunu da töküb küftəcikləri üstünə yığırıq.

1/2 st qaynamış su tökürük.

Vam odda 1 saat bişiririk. Suyu çəkilib yağa düşəndə yeməyimiz hazırdı.

Nuş olsun!

Küftə, küftə necə hazırlanır, küfte, turşulu küftə, turşulu kufte, 

 

Comments

comments