Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
(4 nəfərlik)
Xəmir üçün:
2 st un
1/2 ç.q duz
2/3 st ilıq su
İçlik:
1 ədəd böyük dəstə cəfəri
Suyuna tökmək üçün:
2 x.q bitki yağı
2 ç.q duz
Üstü üçün:
Ərinmiş kərə yağı
Qatıq
Sarımsaq
Hazırlanması:
Cəfərini təmizləyib yuyuruq. Suyu çəkilir. Xırda doğrayırıq.
Una duz və su töküb əvvəl qaşıqla qarışdırırıq sonra əlimizlə yumşaq xəmir yoğururuq.
Xəmiri 3 kündəyə bölürük.
Kündələri adi yuxa qalınlığında yayırıq.
Stəkanın ağzı ilə dairələr kəsirik.
Ortasına cəfəri qoyub iki qatlayıb yanlarını bərkidirik.
Bütün yuxaları eyni şəkildə düzəldirik. Yandan çıxan xəmirləri yenə kündələyib yayıb kəsirik.
5l qazanda 4l su töküb üstünə duz töküb qaynadırıq. Bitki yağını da əlavə edirik.Bükdüyümüz xəmirləri bir-bir suya tökürük. 5-10 dəqiqə qaynadırıq. Sonra süzüb böşqablara yığırıq.
Üstünə əqinmiş yağ və sarımsaqlı qatıq əlavə edib süfrəyə veririk.
Nuş olsun!