
Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
Xəmir üçün:

2 st un
1/2 ç.q duz
1/2 st ilıq su
1 ədəd yumurta
Yuxaları yaymaq üçün əlavə un
Üstü üçün:
500 q qoyun əti
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
1 st bişmiş noxud
Bulyon
Duz
İstiot
Keşniş, şüyüd və nanə qurusu
Üzüm sirkəsi (zövqə görə)
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayaq. Unu yumurtanı və duzu töküb su ilə qarışdırıb normal xəmir yoğururuq.


Xəmiri iki hissəyə bölüb kündəliyirik.

Kündələri adi yuxa kimi yayırıq.

Xingal üçün yuxanı 2×3 sm ölçüdə doğrayırıq.


Soğanı təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Yağ duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Bişmiş əti əlavə edib 5 dəqiqə qovururuq.

Sonra bulyonu töküb üstünə su əlavə edirik. Cəmi 3-3,5 l olacaq.

Qaynamağa başlayandan 5 dəq sonra noxudu əlavə edirik. Kəsdiyimiz xəmirləri tökürük və qarışdırırıq.

10 dəqiqə qaynayır keşniş şüyüdü xırda doğrayıb yeməyə əlavə edirik.


5 dəqiqədə qaynadıb götürürük.
Süfrəyə verdikdə üstünə nanə qurusu səpilir. Zövqə görə yanında sirkə verilir.

Nuş olsun!





























