Ərzaqlar:

400-500 q soğanla çəkilmiş qoyun əti (ya da mal əti ilə qoyun ətinin qarışığı)(2 ədəd baş soğanı ətlə bir maşından keçiririk)

5 ədəd kartof

3 ədəd baş soğan

2 ç.q tomat (ya da 4-5 ədəd pomidor)

2 x.q əridilmiş kərə yağı

Keşniş və şüyüd (zövqə görə)

Duz

Istiot

Hazırlanması:

Əvvəlcə soğanın qabığını təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Soğana yağ və duz əlavə edib qızılı rənğdə olana qədər qovururuq.

Tomatı əlavə edib 3 dəqiqə qovururuq.

Ətə duz və istiot töküb kotlet formasına salıb qovrulmuş soğançanın üstünə düzürük.

(İstəsəniz kotletləri qızardıb da qoya bilərsiniz.)

Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.

Doğranmış kartofu kotletlərin üstünə düzürük.

Üstünə duz və istiot səpib 2/3 st su töküb vam odda 1 saata bişiririk.

Yemək yağa düşəndə hazırdır.

Göyərtiləri xırda doğrayırıq.

Zövqə görə süfrəyə verildikdə üstünə göyərti səpirik.

Nuş olsun!

Comments

comments