Ərzaqlar:

2 st un

1ç.q maya

1 ç.q şəkər tozu

1/2 ç.q duz

2 x.q bitki yağı

3/4 st ilıq su

Yaymaq üçün əlavə 1-2 x.q un

Hazırlanması:

Əvvəlcə şəkər tozu ilə mayanı qarışdırıb yarı su ilə həll edib 10-15 dəq saxlayırıq.

Unu bir qaba töküb ortasına yağı tökürük və üstünə duzu səpirik.Mayanı və suyu da əlavə edib qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə normal xəmir yoğururuq.

Xəmiri isti yerdə 1 saata saxlayırıq. Sonra xəmiri iki hissəyə bölüb yenə yarım saat saxlayırıq.

Hazır xəmir kündələrini diametri 26 sm enində yayıb üstünə istədiyiniz şəkildə ərzaqlardan yığıb pizza bişirə bilərsiniz.

Nuş olsun!

Comments

comments