Ərzaqlar:
2 ədəd börək yuxası
4 ədəd kartof
1/2 st bitki yağı
1/2 st süd
1 ədəd yumurta
Balaca dəstə cəfəri
Duz
Istiot
Üstünə səpmək üçün çörəkotu
Hazırlanması:
Kartofun qabığını soyub suda bişiririk.Soyuduqdan sonra sürtgəcin böyük gözündən keçiririk.
Cəfərini xırda doğrayırıq.Kartofa cəfəri, duz və istiot töküb çəngəl ilə yaxşı qarışdırırıq.
Südü, yağı və yumurtanın ağını çalırıq. Yumurta sarısını üzünə saxlayırıq.
Yuxanın birini səririk. Qarışığın yarısını töküb yayırıq.
İkinci yuxanı qoyuruq eyni şəkildə qalan qarışıqla onu da isladırıq.
Bıçaqla 8 hissəyə bölürük.
Yuxanın enli tərəfinə içlikdən qoyub bükürük.
Qaba yığıb üzünə yumurta çəkib çörəkotu səpirik. (Qabı ya yağlayın yığa bilərsiniz ya da altına kağız sərib yığa bilərsiniz)
210 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.
Nuş olsun!