Ərzaqlar:
(2 nəfərlik)
1 st un
3 st qaynadılmış soyuq su
1/3 ç.q duz
Üstü üçün:
Bəhməz (doşab)
Əridilmiş kərə yağı
Şəkər tozu
Hazırlanması:
Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq.
Ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın.
Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk.
Yemək getdikcə qatılaşacaq. Qatılaşanda 3-5 dəqiqə də dayanmadan qarışdırıb götürürük.Yemək hazır olan kimi tez boşqablara töküb ortasını qaşıqla çökək formada düzəldirik.
Üstünə qaynar əridilmiş yağ, bəhməz və şəkər tozu tökürük. Bu yeməyi bəzən şəkər tozu əvəzinə bal ilə də yeyirlər.
Nuş olsun!