Ərzaqlar:

1,5 st süd

1 ç.q kakao

1 x.q kraxmal

3 x.q şəkər tozu

200 q kərə yağı

Hazırlanması:

Şəkər tozu, kakao və kraxmalı qazana töküb qarışdırırıq.

Qarışığa südü əlavə edib qarışdırırıq.

Qazanı normal odun üstünə qoyub dayanmadan taxta qaşıqla qarışdırırıq.

Qarışıq qatılaşacaq. Qatılaşanda 5 dəqiqə də qarışdırıb görürürük. Qoyuruq soyuyur.

Yumşalmış kərə yağını mikserlə ağaranadək çalırıq.

Yağın üstünə bişirdiyimiz qarışığı töküb yenidən ağaranadək çalırıq. Krem bərkiyəcək.

Artıq kremimiz hazırdı.

Nuş olsun!

Comments

comments