Ərzaqlar:

1 balaca banka qarğıdalı (140 q)

2 ədəd pomidor

2 ədəd xiyar

1 ədəd qırmızı soğan

100 qr ağ pendir

2-3 x.q zeytun yağı

Duz

İstiot

Hazırlanması:

Əvvəlcə qarğıdalını, pomidoru və xiyarı yuyuruq. Soğanın qabığını soyub yuyuruq.

Pomidoru 4 bölüb doğrayırıq.

Xiyarı 4 bölüb doğrayırıq. (Xiyari zövqə görə qabığını soya da bilərsiniz qabirli da doğraya bilərsiniz)

Soğanı da 4 bölüb nazik doğrayırıq.

Pendiri dördkünc doğrayırıq.

Ərzaqların hamısını pendirsiz yağ tpküb qarışdırırıq.

Sonra doğradığımız pendiri zövqə görə istiotu və duzu əlavə edib qarışdırırıq.

Nuş olsun!

Comments

comments