Ərzaqlar:

500 q çəkilmiş qoyun əti, 5 ədəd pomidor, 2 ədəd baş soğan, 2-3 diş sarımsaq, duz, istiot, qızartmaq üçün bitki yağı

Yeməyin yanında vermək üçün kartof əzməsi:

8-9 ədəd kartof, 1 x.q əridilmiş kərə yağı, 1/3 (üçdebir) ç.q sarıkök, 1/3 (üçdebir) st süd, duz, istiot

Hazırlanması:

Əvvəlcə püreni hazırlayaq. Kartofun qabığını soyub yuduqdan sonra iki hissəyə bölüb balaca qazana tökürük.Üzünə çıxana qədər su əlavə edib tamam hazır olana qədər bişiririk.Suyu çəkiləndə kartof əzənlə yaxşı əzirik. İçinə südü, duzu, istiotu, sarıkökü və yağı əlavə edib qarışdırırıq. Pürüemiz hazırdı.İndi isə kotleti hazırlayaq. Əti ətçəkən maşından soğanla bərabər keçiririk. Ya da soğanı sürtgəcdən keçirib ətlə qarışdırırıq. Duz və istiot töküb yaxşı qarışdırırıq. Tavada yağı qızdırıb ətdən qoz boyda küftəcik götürüb yastılayıb yağın içinə düzürük.Hər iki üzünü qızardırıq.Şirəni hazırlamaq üçün pomidoru yuyub qabığını soyduqdan sonra xırda doğrayırıq.Başqa tavada pomidoru suyu çəkilənə qədər bişiririk.Suyu çəkiləndə 3-4 x.q bitki yağı əlavə edib qovururuq.Sarımsağı sarımsaq əzəndən keçirib pomidora əlavə edib, duz və istiotunu da töküb 3-5 dəqiqə qovururuq.Qızartdığımız kotleti pomidorun içinə yığırıq.Vam odda 10-15 dəqiqə bişiririk. Yeməyi süfrəyə verdikdə yanında düyü, qarabaşaq, kartof qızartması, vermeşel, makaron ya da bizim kimi kartof püresi verə bilərsiniz.

Nuş olsun!

kotlet necə bişir, kotlet bişirmək , tomatlı sous hazırlamaq

Comments

comments