Ərzaqlar:
1 ədəd toyuğun döş əti
100 q pendir
5-6 ədəd qoz ləpəsi
8-9 ədəd qara gavalı
3 ədəd yumurta
1 ədəd alma
1 ədəd tər xiyat
1 ədəd tutma xiyar
Mayonez
Duz
Istiot
Hazırlanması:
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra nazik uzun liflərə ayırırıq.
Bir qab götürüb ortasına ağzı aşağı stəkan qoyuruq. Toyuğun doş ətini töküb mayonezləyirik.
Tutma xiyarı sürtgəcin böyük gözündən keçiirik. Toyuq ətinin üstünə yığıb mayonezləyirik.
Yumurtanısuda bərk bişiririk. Soyuduqdan sonra qabığını soyub sarısını sürtgəcin böyük gözündən keçirib tutma xiyarın üstünə töküb mayonezləyirik.
Qozu bıçaqla doğrayıb tökürük.
Tər xiyarı sürtgəcin böyük gözündən keçirib duz səpib mayonezləyirik.
Pendiri sürtgəcdən keçirib xiyarın üstündən səpirik və mayonezləyirik.
Qara gavalını əgər bərkdirsə 5-10 dəqiqə isti suda saxladıqdan sonra qurulayıb xırda doğrayırıq. Pendirin üstündən tökürük.
Almanı yuduqdan sonra qabığını soyub sürtgəcin böyük gözündən keçirib gavalının üstündən tökürük. Duz səpib mayonezləyirik.
Yumurtanın ağını sürtgəcin böyük gözündən keçirib almanın üstündən töküb duz səpib mayonezləyirik.
Salatın üstünə qoz qırıntıları səpirik.
Nuş olsun!