Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
5 st uzun düyü
1 k.q qoyun əti
4 xq əridilmiş kərə yağı
3 ədəd baş soğan
1 st tumu çixarilmiş albalı
1/5 c.q darçın
Duz
Istiot
Qazmaq üçün
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra ilıq suda qoyuruq.
Albalının tumunu çıxardırıq.
Əti xırda hissələrə böldükdən sonra yuyuruq.Üstünə su əlavə edib hazır olana qədər bişiririk. Əvvəl suyu qaynamağa başlayanda kəfini yığırıq. Bişməyə yaxın duz tökürük. Soğanın qabığını soyub yuyub dörd yerə bölüb nazik doğrayırıq.
Soğanın üstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qızardırıq.
Qızardılmış soğanın üstünə bişmiş əti töküb 5-10 dəqiqə qovururuq. Üstünə duz, istiot və darçın səpirik.
Albalının yarısını əlavə edib 10-15 dəqiqə vam odda bişiririk.
Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın.Düyü tam bişməmiş onu süzmək istəyəndə qalan çilası əlavə edib qarışdırıb süzürük.
Qazmağı hazırlayırıq. Qatıq ilə yumurtanı çalırıq.
Qazana az yağ töküb əridirik.
Bişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə 1 sm qalınlıqda yayıb tarazlayırıq. Qazmağa gilasları tökmürük.
Düyüdən az tökürük.
Qovurduğumuz albalılı əti tökürük.
Qalan düyünü ətin üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq. Düyüyə zövqə görə istəsəniz zirə tökə bilərsiniz.
Aşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə ət qovurması, qazmaq qoyulur və yağ tökülür.
Nuş olsun!