Ərzaqlar:

3 ədəd yumurta

1 ədəd kahı

2-3 x.q xama

1 ədəd limon

1/3 ç.q şəkər tozu

Keşniş, şüyüd

Duz

Hazırlanması:

Yumurtaları suda bişirib qabığını təmizləyirik. Soyuduqdan sonra xırda doğrayırıq.

Kahını təmizləyib yuyub doğrayırıq.

Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.

Dərin bir qabda yumurtanı, kahını,göyərtini, limon şirəsini, şəkər tozunu və duzu töküb qarışdırırıq.

Sonra xamanı əlavə edib yaxşı qarışdırırıq.

Salatı zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments