Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:

5 st uzun düyü

1 k.q qoyun əti

4 xq əridilmiş kərə yağı

3-4 ədəd baş soğan

2/3 st kişmiş

7-8 ədəd albuxara ya da sarı alça turşusu

2 x.q zirinc

1 x.q zəfəran

1/4 ç.q zirə

Duz

Istiot

Qazmaq üçün

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra üstünə ilıq su töküb qoyuruq.

Əti xırda hissələrə böldükdən sonra yuyuruq.Üstünə su əlavə edib hazır olana qədər bişiririk. Əvvəl suyu qaynamağa başlayanda kəfini yığırıq. Bişməyə yaxın duz tökürük.

Kişmişi, turşunu(albuxaranı), zirinci təmizləyib yuyuruq. Yumurta ilə qatığı qarışdırırıq.

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.

Soğanın üstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qızardırıq.

Qızardılmış soğanın üstünə bişmiş zirinci, turşunu və kişmişi töküb 5-10 dəqiqə qovururuq.

Bişmiş əti bulyondan çıxarıb üstünə zəfəran şirəsi, istiot və darçın səpib qarışdırırıq.

Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü töküb bişiririk. Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın. Düyü tam bişməmiş onu süzürük. Üstünə dəmlədiyimiz zəfarandan tökürük.

Qazana az yağ töküb əridirik.

Bişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə 1 sm qalınlıqda yayıb tarazlayırıq.

Düyüdən az töküb əti tökürük.

Ətin üstündən soğanla qovurduğumuz kişmiş, zirinc və alçanı (albuxaranı) tökürük.

İstəsəniz üstünə nimçə qoyub sonra düyünü tökə bilərsiniz. Qalan düyünü əlavə edib yağ töküb aşı dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq. Düyüyə zövqə görə istəsəniz zirə tökə bilərsiniz.

Aşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə qarasından qoyulur və qaynar yağ tökülür.

Nuş olsun!

Comments

comments