Ərzaqlar:
500 q çəkilmiş qoyun əti
2 ədəd baş soğan
4-5 ədəd pomidor
10-11 ədəd orta ölçülü kartof
2 ədəd yumurta
2 x.q əridilmiş k-ərə yağı
1 ç.q sumax
Balaca dəstə keşniş, şüyüd, göy soğan
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.
Çəkilmiş ətə soğan, duz və istiot töküb yaxşı qarışdırırıq.
Kartofun qabığını soyub yuduqdan sonra doğrayırıq.
Pomidorun qabığını soyub iki bölürük.
Yumurtanı sındırıb çalırıq. Göyərtini təmizləyib yuyub xırda doğrayırıq.
İki tava götürürük. Tavanın birində kartofu qızardırıq. Kartof qızaranda duz səpirik.
Birində isə ətdən kotlet düzəldib hər iki üzünü qızardırıq.
Qızarmış kotletlərin üstünə qızardılmış kartofu tökürük.
Onun üstünə də pomidorları düzürük. Yeməyi vam odda 10-15 dəqiqə bişiririk.
Sonra üstünə çalınmış yumurta əlavə edib 5-10 dəqiqə bişiririk.
Yeməyi süfrəyə verdikdə üstünə göyərti və sumaq səpirik.
Nuş olsun!