Ərzaqlar:

1 kq toyuq əti

6-7 ədəd orta ölçülü kartof

2 ədəd şirin bibər

4-5 ədəd pomidor

2-3 baş soğan

2-3 diş sarımsaq

1 ədəd limon

2 x.q əridilmiş kərə yağı

Balaca dəstə cəfəri (ya da keşniş, şüyüd)

Duz

Istiot

Hazırlanması:

Toyuq ətini təmizləyib yuduqdan sonra üstünə 1/2 limon suyu töküb, duz və istiot səpib qarışdırırıq. Toyuq ətini 1-1,5 saat sərin yerdə saxlayırıq.

Soğanın və sarımsağın qabığını soyub yuyuruq. Soğanı halqa, sarımsağı isə xırda doğrayırıq.

Kartofun qabığını soyub yuyub 1 sm qalınlıqda halqa doğrayırıq.

Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.

Pomidoru yuyub, qabığını soyub iki bölürük.

Bibəri təmizləyib, yuyub halqa doğrayırıq.

Yeməyi bişirmək üçün dərin qazan götürürük. Qazana birinci toyuq ətini düzürük.

Üstünə halqa doğranmış soğanın 1/3-ni səpirik.

Cəfərinin yarısını səpirik.

Kartofu düzürük.

Sarımsaq və qalan soğanın yarısını tökürük.

Bibərin 1/2 -ni tökürük.

Pomidorları düzürük.

Yenə qalan soğan və bibər tökürük.

Qalan cəfərini səpirik.

Yeməyin üstünə limonun yarısını sıxıb, yağı əlavə edib, duz istiot səpib yeməyi vam odda bişməyə qoyuruq.

Yeməyin öz suyu çıxacaq. Suyu çəkilib yağa düşəndə yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments