Ərzaqlar:

400 q konfet (yumşaq konfet-marshmallow)

400-450 q şəkər kirşanı

15-20 q kərə yağı

Müxtəlif qida boyaları

Hazırlanması:

Konfetin üstünə yağı əlavə edib su hamamında ya da mikrodalğalı sobada əridirik.

Əridikdən sonra az–az üstünə şəkər kirşanı töküb qarışdırırıq.

Bir az qatılaşdırqan sonra bir neçə hissəyə bölüb istədiyimiz rəngləri əlavə edib əlimizlə normal xəmir düzəldirik.

Xəmiri hazır edən kimi salafan qoyuruq ki, qurumasın. Şəkər xəmiri adi xəmir kimidir. Yumşaq, normal və bərk yoğurmaq olur. Nazik yaymaq istəsəniz onda yumşaq edin ki, yayıla bilsin.

Fiqurları düzəltmək üçün normal yoğrulmuş xəmir daha rahatdır. Bərk isə məsləhət deyil. Çünki, istifadəsi narahat olacaq və istədiyiniz kimi istifadə edə bilməyəcəksiniz.

Yayan zaman yapışmaması üçün şəkər kirşanından istifadə edirik. Xəmiri nazik yayıb müxtəlif ağızılı kəsiçi alətlərlə fiqurlar kəsib qızıl gül, çiçək və s. düzəldirik. Xəmirdən düzəldilmış fiqurları yapışdırmaq üçün sudan istifadə edirik. Xəmirin bir kündəsini tortun üstünü bağlamaq üçün saxlayırıq. Tortu süfrəyə verməzdən qabaq bəzəyirik.

1.Qızıl gülün düzəldilməsi

Qızıl gülün düzəldilməsinin bir forması belədir.

Xəmiri nazık yayıb balaca dairələr kəsirik. Bir diş çopü gotürüb bir dairəni çubuğa sıx dolayırıq.

Sonra o biri dairələri də ardıcıl olaraq kənarlara yapışdır-yapışdıra gülü düzəldirik. Yapışdırmaq üçün az su vururuq.

2. Çiçəklərin və yarpağın düzəldilməsi

3. Tortun yanı üçün bəzəklərin hazırlanması

Artıq bəzək üçün fiqurlarımız hazırdır.

4. Tortun üstünün şəkər xəmiri ilə bağlanılması

İstədiyiniz rəngdə boyadığınız şəkər xəmirini şəkər kirşanı vasitəsi ilə qalın yuxa kimi yayırıq.

Yayılmış şəkər xəmirini ehtiyatla kremlənib hazırlanmış tortun üstünə səririk. Xəmirin üstünü və yanlarını ehmalca düzəldirik. Xəmirin artıq qalan hissəsini bıçaq ya da dairəvi kəsici alət ilə kəsib götürürük.

Hazırladığımız fiqurlar vasitəsi ilə tortumuzu bəzəyirik.

Nuş olsun!

Comments

comments