Azərbaycanın milli plov (aş) növlərindən biridir.
Ərzaqlar:
1 ədəd 1,5 kq–lıq toyuq
4 st uzun düyü
3 x.q əridilmiş kərə yağı
3 ədəd baş soğan
300q şabalıd
1/2 st kişmiş
8-10 ədəd qaysı
1 x.q nar turşusu (ya da təzə nar suyu)
1 ç.q zəfəran
Ç.q uçunda cirə
Duz
Istiot
Qazmaq üçün:
3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq.
Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.
Toyuğu yuyub təmizlədikdən sonra duzlu suda yarıhazır veziyyətdə bişiririk.
Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.
Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq.
Kişmişi təmizləyib yuyuruq. Qaysını da təmizləyib yuyub dört bölürük. Şabalıdı təmizləyirik. Şabalıd, kişmiş, qaysı, turşu,duz, istiot və qovrulmuş soğanı qarışdırırıq.
Qarışığı toyuğun içinə yığırıq. (Artıq qalan içliyi düyünü tökdükdə yanına yığa bilərsiniz.) (İstəsəniz ip vasitəsi ilə tikə bilərsiniz.)
Toyuğun üstünə zəfəran suyu vururuq.
Adi qaydada düyünü bişirib süzürük. Süzülmüş düyünün üstünə zəfəranlı su tökürük.
Qazana az yağ töküb qızdırırıq.
Qatıq ilə yumurtanı qarışdırırıq. Düyüdən də tökürük qatığı da əlavə edib qarışdırırıq. Bir sm qalınlıqda yayırıq.
Üstünə az düyü töküb toyuğu qoyuruq.
Qalan düyünü də üstünə tökürük. Cirəni səpib, yağ əlavə edib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.
Plovu süfrəyə verdikdə buluda düyünü çəkib toyuğu ortasına qoyub yanına qazmaq qoyuruq. Qaynar yağ əlavə edirik.
Nuş olsun!