Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
1 l qatıq
2 st su
3 ədəd xiyar
1 ədəd yumurta
1 balaca dəstə keşniş
1 balaca dəstə şüyüd
1 balaca dəstə göy soğan
Zövqə görə duz
Hazırlanması:
Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Xiyarı yuyub qabığını soyub xırda kub şəklində doğrayırıq.
Yumurtanı suda bərk bişirib soyuyandan sonra xırda kub şəklində doğrayırıq.
Qatığa su duz əlavə edib çalırıq.
Doğradığımız göyərti və xiyarı əlavə edib qarışdırırıq.
Süfrəyə verərkən kasaya töküb üzərinə xırda doğranmış yumurtanı səpirik.
Ovduq süfrəyə soyuq halda verilir.
Nuş olsun!