Ərzaqlar:
1 kq toyuq budu
3 ədəd baş soğan
2 diş sarımsaq
2 ədəd pomidor
5-6 ədəd badımcan
4-5 ədəd dəfnə yarpağı
3 x.q un
Duz
Istiot
Zeytun yağı
Hazırlanması:
Budları yuyub təmizlədikdən sonra duzlayıb istiotlayıb qarışdırırıq.
Tavada yağı qızdırıb əti töküb hər tərəfini çevirib qızardırıq.
Soğanın və sarımsağın qabığını soyub yuyub xırda doğrayırıq.
Pomidorun qabığını soyub xırda doğrayırıq.
Soğan ilə sarımsağı yağda duz töküb qızılı rəngdə olana qədər qızardırıq.
Sonra doğranmış pomidoru əlavə edib suyu çəkilənə qədər qovururuq.
Hazır pomidorlu soğançanın içinə qızardılmış budlarıi yığırıq. Dəfnə yarparlarını aralarına düzüb 1/2 st su töküb vam odda yağa düşənə qədər bişiririk. Hazır olana yaxın duz və istiotuna bir daha baxıb əlavə edirik.
Badımcanın qabığını soyub uzunsov nazik doğrayıb duzlayırıq. 10-15 dəqiqə saxladıqdan sonra acı suyunu sıxıb çıxardıb soyuq su ilə yuyub sıxıb götürürük.
Badımcanı azca duzlayıb una batırıb qızdırılmış yağda hər iki üzünü qızardırıq.
Yeməyi süfrəyə verdikdə qabın ortasına budları yığıb yanlarına qızardılmış badımcanları düzürük.
Nuş olsun!