Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

(1 nəfərlik)

1 st qatıq

2/3 st su

1 ədəd yumurta

1ç.q un

1 ç.q nanə

Duz

10 q kərə yağı

Hazırlanması:

Qazana qatığı, yumurtanı və unu əlavə edib yaxşı qarışdırırıq.

Suyu, nanəni və duzu əlavə edib qarışdırırıq. Qazın üstündə normal odda bişiririk.

Qaynamağa başlayanda kərə yağını əlavə edirik.

5-10 dəqiqə də qarışdırıb götürürük. Kələkoş qışda süfrəyə isti yayda soyuq verilir.

Nuş olsun!

Comments

comments