Ərzaqlar:

8 ədəd badımcan

3 ədəd yumurta

3 ədəd baş soğan

1 x.q un

Zövqə görə duz və istiot

Qızartmaq üçün zeytun yağı

Zövqə görə istəsəniz nanə və sarımsaq əlavə edə bilərsiniz.

Hazırlanması:

Badımcanın qabığını soyub yuduqdan sonra böyük hissələrə bölürük.

Doğranmış badımcanı ət maşınından keçirib tənzifdə sıxıb acı suyunu çıxarırıq.

Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından keçirib tənzifdən sıxıb acı suyunu çıxarırıq.

Badımcan, soğan, yumurta, un, duz və istiotu bir qaba töküb yaxşı qarışdırırıq.

Tavaya yağ töküb qızdırdıqdan sonra qarışıqdan 1 x.q töküb kotlet formasına salırıq.

Qarışığın hamısını bu şəkildə tavaya tökürük. Hər iki üzünü qızardırıq.

Badımcan kotletimiz hazırdır.

Nuş olsun!

Comments

comments