Ərzaqlar:

500 q kartof

75 q kərə yağı

150 q ağ pendir(brınza)

Duz

Istiot

Hazırlanması:

Kartofun üstünə su töküb bişiririk.

Soyuyandan sonra kartofun qabığını soyub xırda doğrayırıq.

Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Tavaya yağ çəkib kartofu tökürük.

Kartofun üstünə (az duz) istiot töküb, yağı əlavə edib və pendiri səpirik.

220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Hazır pendirli kartof qızartmasını qaba qoyub bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments