
Ərzaqlar:

1 kq hinduşqanın qanad dibi
1 ədəd limon
Zeytun yağı
Duz
Istiot
Hazırlanması:
Hinduşqa ətini yuyub təmizlədikdən sonra üstünə yağ,duz, istiot və limon suyu əlavə edib qarışdırırıq.
Qarışığı sərin yerdə 1 saat saxlayırıq.

Tavaya az yağdan töküb əti düzürük.

180-200 dərəcədə qızdırılmış sobada 2 saat yarıma bişiririk.
Qaba qoyub zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!






























