Ərzaqlar:

1 st yaşıl mərci

2 ədəd baş soğan

2 ədəd kartof

2 ədəd pomidor

2 x.q əridilmiş kərə yağı

Keşniş

Duz

Istiot

Hazırlanması:

Mərcimək təmizlənib yuyulur və 5-6 saat suda qoyulur.

Sonra qazana 6 st su töküb qaynadırıq və mərciməyi əlavə edib 45 dəqiqə bişiririk.

Sonra kartofun qabığı soyulub yuyulur və mərciməyə əlavə edilir.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Tavada soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Doğradığımız pomidoru qızartdığımız soğana əlavə edirik. Suyu çəkilib yağa düşənə qədər qovururuq.

Sonra soğan qovurmasını yeməyə əlavə edirik.

Hazır olana yaxın duz və istiotunu da tökürük.Yeməyi süfrəyə verdikdə üstünə xırda doğranmış keşniş səpirik.

Nuş olsun!

Comments

comments