Ərzaqlar:
6 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
1 x.q dolu un
4 st su
1 st süd
Duz
Istiot
Üstünə səpmək üçün pendir
Hazırlanması:
Pomidorları yuyub qabığını soyub blenderdən keçiririk.
Yağı qazana töküb əridirik. Yağ qızdıqda unu əlavə edib 1-2 dəqiqə qovururuq.
Sonra pomidoru əlavə edirik.
5-10 dəqiqə qaynadıqdan sonra südü də əlavə edirik və 3 dəqiqə sonra suyu töküb qarışdırıb bişiririk. (Təxminən 15-20 dəqiqəyə yemək hazır olacaq.)
Yemək hazır olmağa az qalmış duz və istiotunu da tökürük.
Yeməyi süfrəyə verərkən pendiri sürtgəcdən keçirib üstünə səpirik.
Nuş olsun!