(3-4 nəfərlik)
[url=http://resept.az/Qarabasagin-ehemiyyeti-7492.html]Qarabaşağın əhəmiyyəti[/url]
Ərzaqlar:
1 st qarabaşaq
2 st su
30q kərə yağı (ya da 2 x.q zeytun yağı)
Zövqə görə duz
Hazırlanması:
Qarabaşağı təmizləyib yuduqdan sonra qazana töküb üstünə suyu tökürük.
Ocaqda orta odda bişməyə qoyuruq.Suyu az qaldıqda duzunu və yağını əlavə edirik.
Vam odda dəm almağa qoyuruq.Suyu tamam çəkilib yağa düşdükdə götürürük.
Yaxşı olar ki, yeməyi götürdükdən 10-15 dəqiqə sonra süfrəyə verəsiniz. Onda qarabaşaq əzilmir.
Qarabaşağın yanında istədiyiniz xuruş (qarnir) verə bilərsiniz.
Nuş olsun!