Ərzaqlar:

1 balaca banka qarğıdalı

100 q toyuğun döş əti

100 q holland pendiri

3 ədəd yumurta

1 ədəd kök

3-4 x.q mayonez

Duz

Istiot

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişirib soyuyandan sonra doğrayırıq.

Kökü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra təmizləyirik. Yumurtanı və kökü xırda küb şəkildə doğrayırıq.

Pendiri də kub şəkildə doğrayırıq.

Yumurtanı, kökü, pendiri, qarğıdalını (yuyub) və toyuq ətini bir qaba töküb qarışdırırıq.

Duz, istiot və mayonez əlavə edib qarışdırırıq. (Pendir duzlu olsa duz tökməyin)

Salatı qaba töküb zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments