Ərzaqlar:

5 ədəd pomidor

5 ədəd şirin bibər

6 ədəd badımcan

1 dəstə (keşniş, şüyüd, reyhan və göy soğan)

Duz

Istiot

Zövqə görə əlavə olaraq acı bibər, sarımsaq vura bilərsiniz və başqa göyərtilər tökə bilərsiniz.

Hazırlanması:

Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Tərəvəzləri yuduqdan sonra şişə keçirib odun üzərində hər tərəfini bişiririk.

Bişən kimi ağzı örtülü qaba yığırıq. (Ağzı açıq olanda quruyur soymaq çətin olur)

Üstünün qabığını təmizlədikdən sonra doğrayırıq.

Bütün ərzaqları duz və istiot töküb qarışdırırıq.

Nuş olsun!

Comments

comments