Bu gün təqvimlərdən bir yarpaq daha əksilir. 2016 başa çatdı, 2017-ni qarşılayırıq… Bu günün Azərbaycan xalqı üçün başqa bir əhəmiyyəti var. Bu gün Həmrəylik günüdür! Resept.az ailəsi olaraq ilk əvvəl Həmrəylik gününüzü təbrik edirik. Yeni ildə hər məsələdə həmrəy olaq, düşmanlarımız bu gözəl xalqı bölə bilməsin. 2017-ci ilin isə, xüsusiylə Azərbaycan xalqına olmaqla, bütün Dünyaya sülh gətirməsini arzulayırıq. Yeni ildə evlərinizdən xoş sədalar yüksəlsin. Süfrələriniz bərəkətli, üzləriniz hər zaman gülsün. 2017-ci il hamımıza xoşbəxtlik gətirsin!

Comments

comments